Masallı şəhəri, M.Talışxanov küçəsində “AccessBank” ASC-nin 19-cu regional filialının açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.
Şəhərdə yeni açılmış filial müştərilərə geniş çeşiddə maliyyə həlləri təklif edir. Bu xidmətlərə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. daxildir.
Qeyd edək ki, “AccessBank”ın 14-ü Bakıda, 19-u bölgələrdə olmaqla 33 filialı fəaliyyət göstərir və MKOB-lər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.