Masallıda yerləşən tövlənin dam örtüyü yanıb. Bu haqda bu gün, 11 avqust tarixində Cenublu.az FHN-yə istinadən xəbər verir.
Hadisə rayonun Qasımlı kəndində baş verib. Ümumi sahəsi 90 kv.m olan tövlənin yanar konstruksiyaları 55 kv.m sahədə və içərisindəki 4 ton ot bağlamasının 1 tonu yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.