Masallı rayonunun Təzə Alvadı kəndində tövlədə yanğın olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 60 kvadratmetr olan tikilinin yanar konstruksiyaları 50 kvadratmetr sahədə və çardağına yığılan 14 ton ot bağlamasının 7 tonu yanıb. FHN-in əməkdaşları tərəfindən alov söndürülüb.