Masallıda kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilən qadın dünyasını dəyişib. Bu haqda bu gün, 14 sentyabr tarixində Cenublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.
Hacıtəpə kəndində yaşayan 69 yaşlı Sona Əlihəsən qızı Əzizova kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Bir müddət sonra o, qanaxmadan vəfat edib.
Hadisənin kim tərəfindən törədilməsi barədə araşdırma aparılır.