Masallı rayonunun mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Anım mərasimi “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ndə baş tutub. Burada icra başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həmçinin rayon ərazisində Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrindən səs siqnalları verilib.