Masallı rayonunun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən verir.
Qaz xəttində aparılacaq təmirlə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Mahmudavar, Mololon, Şatıroba kəndləri və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 2000 abonentin qazı kəsiləcək.