Masallıda xırdabuynuzlu mal-qara peyvəndlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 avqust tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.
Peyvəndləmə rayonun Boradigah qəsəbəsi, Güllütəpə, Köçəkli və Ərəb kəndlərində həyata keçirilib. Baytarlar xırdabuynuzlu mal-qara arasında qara yara və bruselyoza xəstəliklərinə qarşı peyvənd vurublar.
Qeyd edək ki, rayonda 93 min başdan çox xırdabuynuzlu mal-qara mövcuddur.