Masallı rayon sakininin üzərində narkotik vasitələr aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə Masallı rayon sakini Fədakar Mürşüdovdan 2 kiloqram heroin və 350 qram metamfetamin aşkar olunaraq götürülüb. O saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.