Masallı rayonunun Ərkivan qəsəbəsində keçmiş məhkumdan tapança aşkarlanaraq müsadirə edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramil Şiriyev saxlanılıb. Ondan "Makarov" markalı tapança və həmin silaha aid 8 ədəd patron götürülüb.
Ramil Şiriyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.