Masallı rayon sakini Bakıda oğurluq etməkdə şübhəli bilinir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 avqust tarixində Apa.az-a istinadən verir.
Belə ki, Masallı rayon sakini M.Ağamalıyev əlbir olduğu Bərdə rayon sakini K.Məmmədov və Tovuz rayon sakini İ.Camalovla birgə Xətai rayonunda şirkətlərin biri tərəfindən inşa olunan binadan 10 400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinirlər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində onlar saxlanılıblar.