Masallıda isti yay günlərində yaşıllıqlara qulluq göstərilməsi güclü nəzarət altındadır. Bu haqda bu gün, 19 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Şəhərin prospektləri, küçələri, yol kənarları və parklarında yerləşən yaşıllıqlara qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. İşlər Masallı Yaşıllaşdırma Müəssisəsi tərəfindən görülür.
Ağacların budanması prosesi ilə yanaşı səhər və axşam saatlarında suvarma işləri aparılır.