Masallıda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində Report.az-a istinadən verir.
Hadisə şəhər ərazisində, 38 yaşlı Maya Məhəmməd qızı Ağayevaya məxsus evdə qeydə alınıb. Yanğın zamanı 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.
Odun sobasının səbəb olduğu yanğında ev yaşayış üçün yararsız hala düşüb.
Qeyd edək ki, evdə yaşayan ana və üç azyaşlı uşaq qohumlarının evində yerləşdiriliblər.