Masallıda qaz təchizatında məhdudiyyətlər olacaq. Bu haqda bu gün, 6 sentyabr tarixində Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir.
Payız-qış tədbirlər planına əsasən, 7 sentyabr tarixində tənzimləyicinin üzərinə diametri 150 mm olan siyirtmə quraşdırılacaq. Bu səbəbdən Xıl-Sirəbil kəndlərinin ümumilikdə 1000 abonentinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.