Masallıda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib. Bu haqda bu gün, 29 avqust tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Görüş Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində baş tutub. Tədbir zamanı fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Daha sonra iştirakçılar görülmüş işlər, həmçinin sentyabr ayı ərzində keçiriləcək tədbirlər barədə müvafiq məlumatlar veriblər.