Masallı rayonunun Kolatan kəndində abadlıq işləri aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində Masallı Xəbərlərinə istinadən verir.
Belə ki, Masallının bir sıra kəndlərini birləşdirən Kolatan-Seyidoba yolu asfaltlanaraq istifadəyə verilib. Həmçinin yola dirəklər basdırılıb, gecə işıqlandırma sistemləri quraşdırılıb.
Qeyd edək ki, abadlıq işləri Millət vəkili Anar İsgəndərov və Kolatan bələdiyyəsinin sədri Elçin Sadıxovun təşəbbüsü ilə görülüb.
[URIS id=21524]