Masallı rayon Heydər Əliyev Mərkəzində “İnsan alveri insanlıq mənəviyyatına qarşı işlənmiş ağır bir cinayətdir” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində Masallı RİH-yə istinadən verir.
Çıxış edənlər insan alveri və onun son zamanlar böyük bir problemə çevrilməsindən, insan alveri qurbanlarının, əsasən, qadın və qızların olmasından danışıblar.
Daha sonra psixoloq "Ev əsarəti", "İnsan alveri zamanı istismarın formaları", "Qeyri-qanuni övladlığa götürmə", "Əməyin istismarı", "Orqan alveri", "Saxta nikahlar", "Cinsi istismar", "Məcburi dilənçilik" kimi mövzular ətrafında çıxış edib.
Qeyd edək ki, tədbir Masallı rayon Heydər Əliyev Mərkəzinin, Masallı Qadın Resurs Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.