Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 avqust tarixində Masallı RİH-yə istinadən verir.
Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
200 nəfərdən çox vətəndaşın iştirak etdiyi qəbulda onların problemləri dinlənilib, həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.