Bu gün, 10 sentyabr tarixində Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin mövlud günüdür.
Niyaməddin Hüsaməddin oğlu Sultanzadə 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-2016-cı illərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operatoru peşəsi üzrə çalışmağa başlayıb.
Vətən müharibəsi başlayanda Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin 2-ci kurs tələbəsi idi.
O, müharibədə Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. 6 noyabr 2020-ci ildə Qubadlı istiqamətində qəhrəmancasına şəhid olub. 20 noyabr 2020-ci ildə Masallı şəhər Dadva qəbiristanlığında böyük izdihamla dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.