Bu gün, 13 sentyabr tarixində Masallıdan olan Mübariz Tofiq oğlu Şahbazovun şəhidlik zirvəsinə ucaldığı gündür.
Mübariz Şahbazov 17 mart 1982-ci ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2000-ci ilin aprel ayında hərbi xidmətə yollanır. Tərxis olunmasına cəmi 17 gün qalmış Murovdağ ətrafında gedən döyüşlər zamanı, 13 sentyabr 2001-ci ildə şəhidlik zirvəsinə ucalır.