Masallı rayonunun Birinci Səmədxanlı kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 140 kv.m olan tövlənin yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.