Vətəndaşlar Masallı “ASAN xidmət” mərkəzində təhsil xidmətlərindən yararlana bilərlər. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyun tarixində verir.
Mərkəzdə növbəti təhsil xidmətləri təqdim olunur:
- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);
- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);
- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;
- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;
- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyat.