Cenublu.az Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sentyabr ayına olan səyyar görüş-qəbullarını keçirəcək ərazilərin siyahısını bu gün, 3 sentyabr tarixində təqdim edir.
Belə ki, icra başçısı:
6 sentyabr - II Yeddioymaq kəndində yerləşən şəhid Ramiz Əzizov adına kənd tam orta məktəbində;
8 sentyabr - Sığdaş kənd tam orta məktəbinin həyətində;
14 sentyabr - Musakücə kənd tam orta məktəbinin həyətində;
20 sentyabr - Şərəfə kənd Folklor evininin həyətində;
22 sentyabr - Böyük kolatan kəndi inzibati Ərazi Nümayəndəliyinin həyətində;
29 sentyabr - Sərçuvar kənd inzibati Ərazi Nümayəndəliyinin həyətində sakinlərlə görüş keçirəcək.