Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Güllütəpə sakinləri ilə həmsöhbət olub. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Araz Əhmədov tədbirdən öncə Güllütəpə kənd qəbiristanlığını ziyarət edərək şəhidlərin məzarlarına baş çəkib. Görüşdə kəndin ağsaqqalları, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və sakinlər iştirak ediblər.
İcra başçısı sakinlərin qayğıları ilə maraqlanıb. Vətəndaşların səsləndirdiyi məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.