Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ukraynada yaralanan sakini ziyarət edib. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
İcra başçısı Araz Əhmədov Miyanku kəndi ərazisində keçirilən səyyar görüş-qəbuldan sonra yataq xəstəsi olan Samir Tahirov Surəddin oğlunu ziyarət edib. Anasının xahişi Samirə baş çəkən icra başçısı xəstənin qayğıları ilə maraqlanıb. Araz Əhmədov xəstənin tez bir zamanda sağala bilməsi üçün həkimlərə müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki, yük maşını idarə edən Samir Tahirov Moldovadan Ukraynaya keçərkən güllə yarası alıb.