top
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər
31 iyul 2026, 16:55
- ↺ +

Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Magistraturaya qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra DİM tərəfindən elan ediləcək. Bundan əlavə, qəbul imtahanından sonra ADA Universiteti, UFAZ, MDU-nun Bakı filialı və digər xüsusi ali təhsil müəssisələrinin prosedurları ilə 500-dən çox bakalavr magistraturaya qəbul olunub.

"Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845-i magistraturaya qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır", - sədr qeyd edib.

DİM-in məlumatına görə, ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, qəbul olunanların sayı isə 399 nəfər artıb. Ödənişsiz əsaslarla təhsil almaq imkanı qazananların sayı da 834 nəfər çox olub.

Bu il magistraturaya ayrılan 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41 faizi deməkdir. Plan yerlərinin 3 813-ü isə vakant qalıb. DİM bildirib ki, plan yerlərinin bir hissəsinin boş qalacağı əvvəlcədən gözlənilən idi, çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı plan yerlərindən az olub.

"Qəbul 67 proqram üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında plan yerləri tam dolub. Mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət sahələrində isə plan yerlərinin 50 faizdən çoxu boş qalıb", - M.Abbaszadə vurğulayıb.

DİM sədri bildirib ki, ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub:

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin doluluq səviyyəsi 90 faizdən çox olub".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər