Mədəniyyət naziri Adil Kərimli Lənkəran şəhərində vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Mədəniyyət Mərkəzində keçirilən qəbulda, əsasən, Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər, əsasən, işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.
Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.