Mədəniyyət naziri Adil Kərimli Cəlilabad rayonunda müəssisələrə baxış keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində verir.
Nazir əvvəlcə Heydər Əliyev Mərkəzinə baş çəkib. Daha sonra Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbində olub.
Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.