Şəhidimiz Şəmistan Sadıqov düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Fəxrimiz Şəmistan Sadıqov boya-başa çatdığı Əvilə kəndində torpağa tapşırılıb.
Şəmistan Sadıxov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu idi. Qeyd edək ki, şəhidimiz 2013-cü ildə Əfqanıstanda sülhməramlı qüvvələrin tərkibində xidmət edib, 2016-cı il Aprel döyüşləri və Vətən müharibəsində iştirak edib.
Medallarının sayı-hesabı olmayan Şəmistan Sadıqov 3 ay öncə ailə həyatı qurmuşdu.
Mənbə: APA TV
View this post on Instagram