Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib və avtomobil yararsız hala düşüb.
Hadisənin hansı səbəbdən baş verdiyi, eləcə də qəza zamanı xəsarət alanların olub-olmaması hələlik məlum deyil.
Qəza ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə: oxu.аz