Lerik rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadədə müvəqqəti çətinliklər yaranıb.
Cenublu.az-a "Azercell Telekom"dan verilən məlumata görə, hazırda yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.
Bildirilib ki, xidmətlərin normal fəaliyyəti ən qısa zamanda bərpa olunacaq.