Lerikdə körpüdən yıxılan 14 yaşlı yeniyetmənin son durumu açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində Oxu.az-a istinadən verir.
Xəbər verdiyimiz kimi, hadisə mayın 28-də baş verib. 14 yaşlı yeniyetmə ehtiyatsızlıqdan istirahət mərkəzindəki körpünün üstündən yıxılıb.
"Ona qapalı kəllə-beyin travması, bədənin ümumi səthi travması diaqnozu qoyulub. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə mayın 29-da ailəsinin istəyi ilə Bakıya aparılıb", – deyə TƏBİB-dən xəstənin durumu ilə bağlı bildirilib.