Lənkəran şəhərinin Böyükağa Mirsalayev küçəsində işıqlarmanın bir hissəsi artıq bir həftəyə yaxındır ki, işləmir.
Sakinlərin Cenublu.az -a verdiyi məlumata görə, axşam saatlarında küçənin bu hissəsi tamamilə qaranlığa qərq olur. Bu isə həm piyadalar, həm də sürücülər üçün müəyyən çətinliklər yaradır.
Şikayətçilər aidiyyəti qurumlardan problemin araşdırılmasını və küçə işıqlarının təmir olunmasını xahiş edirlər.