Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda ətraf mühitin çirkləndirilməsi faktları aşkarlanıb.
Cenublu.az xəbər verir ki, yoxlamalar zamanı Vilvan kəndində fəaliyyət göstərən "OBA" marketin ərazisində, həmçinin Kosalar və Boladi kəndlərində tullantıların qalaqlanması halları qeydə alınıb.
Faktlarla bağlı marketin müdiri Pehman Qasımzadə vəzifəli şəxs qismində, Ceyhun Əliyev və Elman Dadaşov isə fiziki şəxs qismində inzibati məsuliyyətə cəlb ediliblər. Onlar barəsində İnzibati xəta haqqında protokol tərtib olunub.
Aidiyyəti qurum tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.