Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Opel Astra" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini, 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub. Zərbənin təsirindən o, yaxınlıqdakı kanala düşüb.
Avtomobil daha sonra ağaca çırpılaraq dayanıb. Ətrafdakıların köməyi ilə Turab Şərifov kanaldan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.