Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binası tikiləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 fevral tarixində İqtisadiyyat.az-a istinadən verir.
Ali məktəbin yeni filialı H.Aslanov, 50 unvanında inşa olunacaq. Tikinti 2 mərtəbəli olacaq.
LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5000-ə yaxın tələbə bakalavriat, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.