Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binası inşa olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində İqtisadiyyat.az-a istinadən verir.
Tikintisi planlaşdırılan bina H.Z.Tağıyev küçəsi, 118 ünvanında yerləşəcək. Həmin ünvanda yerləşən yataqxana və 5 mərtəbəli yeni tədris binasının layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb.
Xatırladaq ki, ali məktəbin H.Aslanov, 50 ünvanında da əlavə binasının tikintisi ilə bağlı hazırlıq işləri paralel olaraq davam etdirilir.