Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin yaz semestrinin imtаhаn sеssiyаsı başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində verir.
Ali təhsil müəssisəsinin rektoru prof.Natiq İbrahimov imtahanların gedişini əyani izləmək məqsədilə yoxlama gedən korpuslara baş çəkib və tələbələr üçün yaradılan şəraitlə tanış olub. İmtahan nəticələri operativ olaraq universitetin rəsmi saytında (www.lsu.edu.az) yerləşdiriləcək.
Tələbələri lazımi ədəbiyyatla təmin etmək məqsədilə sessiya müddətində universitetin Elmi kitabxanası hər iş günü saat 08:30-dan 17:30-dək fəaliyyət göstərəcək.