Lənkəranlı şəhid Mirzə Axundovun oğlu Türkiyənin tanınmış təhsil ocağı olan Kocaeli Universitetində oxuyacaq. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az Zafer.az-a istinadən xəbər verir.
Ağamusa Axundzadə universitetin Texnologiya fakültəsi, Biomedikal mühəndisliyi ixtisasına qəbul olunub. Eyni zamanda Ağamusa Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.
Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb. O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.