Lənkəranda şəhid Məmməd Qarayevin doğum günü münasibətilə məzarına baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Mərasimdə Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta məktəbinin rəhbərliyi, icra nümayəndəliyi və bələdiyyə sədri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi iştirakçısı M.Qarayev Qubadlı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.