V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli məktəb-liseyinin şagirdi Murad Mikayılov Beynəlxalq Riyaziyyat yarışmasında qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində verir.
88 ölkə arasında 13.600 nəfərin iştirak etdiyi yarışmada şagirdimiz 9-10-cu siniflər arasında birinci olub.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Murad Mikayılov Vyetnam təşkilat şurası tərəfindən təşkil olunmuş Fermat Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışdı.