Lənkərandan olan meyxanaçı Elnur Valehə böyrək köçürüləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.
"El canlı" verilişinə qonaq olan meyxanaçı bildirib ki, onun böyrəyi işləmir və üstündə xüsusi aparat gəzdirir:
"Böyrək çatışmazlığından əziyyət çəkirəm. Hazırda dializ xəstəsiyəm. Yaxın zamanlara mənə böyrək köçürüləcək. Üstümdə aparat var, onunla yaşayıram. Böyrəklərim işləmir".