Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin şagirdi olimpiadada fərqlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyun tarixində verir.
Təhsil müəssisəsinin 5-ci sinif şagirdi Rahid Caniyev Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının nəticələrinə əsasən, bürünc medala layiq görülüb.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.