Lənkəranda təhsil almış şagirdlər Amerika Birləşmiş Ştatlarında təhsil almaq şansı qazanıblar. Bu haqda bu gün, 20 avqust tarixində Cenublu.az Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə istinadən xəbər verir.
Təhsil ocağının məzunları Şirəlizadə Siddiqə Salman qızı və Vəlizadə Fidan Səyavuş qızı FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramı çərçivəsində ABŞ-ın orta məktəblərinin yuxarı siniflərində təhsil alacaqlar. ABŞ-ın Azərbaycandakı səfiri Litzenberger onlarla görüşdən sonra, fəxrlərimizin Azərbaycanın səfirləri olub ölkənin mədəniyyətini təmsil edəcəklərini bildirib.