Redaksiyamıza son zamanlar Lənkəran şəhəri ərazisində iribuynuzlu heyvanların sahibsiz dolanması ilə bağlı xeyli müraciət daxil olub.
Bəzi sakinlərin sözlərinə görə, iribuynuzlu heyvanların sahibsiz dolanması sürücü və piyadalar üçün təhlükə yaradır:
“Sürətli avtomobil yollarına qəflətən çıxan iribuynuzlular qəzalara səbəb olur. Əhalinin sıx olduğu ərazilərdə dolaşanlar isə insan həyatı üçün təhlükəli ola bilər. Baş verəcək fəsadları nəzərə alaraq aidiyyəti qurumlardan məsələni nəzarətləri altına götürmələrinin xahiş edirik”.