Lənkəran rayonu, Gərmətük kəndi ərazisində, “Şah” sarayı ilə üzbəüz yerləşən transformatorun qırılmış çəpəri bərpa olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində verir.
Məlumat üçün bildirək ki, Cenublu.az sakinlərin müraciəti əsasında bir müddət öncə transformatorun çəpərinin sıradan çıxması ilə bağlı paylaşım etmişdi.
Qeyd edək ki, transformatorun yanında yerləşən qəzalı dirək hələ də yenisi ilə əvəzlənməyib.