Lənkəran rayonu, Gərmətük kəndi ərazisində, “Şah” sarayı ilə üzbəüz yerləşən transformatorun çəpəri sıradan çıxıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Sakinlər bildirirlər ki, ərazidə yaşayış evləri olduğundan uşaqlar bu ərazidə tez-tez oynayırlar.
Həmçinin transformatorun yanında yerləşən dirək də aşmaq təhlükəsi ilə üzləşib.