Lənkəranda yük avtomobilində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
“Renault” markalı yük maşınının yanar hissələri və banında karton qutulara yığılan 20 ton tütün məmulatı (siqaret) yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov söndürülüb.