Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində Apa.az-a istinadən verir.
Belə ki, dünən Lənkəran rayonunun Kərgəlan kəndində küçədə zibil yandırarkən yanaraq xəsarət alan kənd sakini Zəhra Fikrət qızı Hüseynova bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.