Lənkəran şəhərində tövlə ot bağlaması ilə birlikdə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 fevral tarixində verir.
Hadisə Kənarmeşə kəndində qeydə alınıb. Ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılan 2 ton ot bağlamasının 0,8 tonu alışıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə edilib. Alov sönsürülüb.