Lənkəran şəhərində evin mətbəxinin tavanı alışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Hadisə Şıxakəran kəndində qəydə alınıb. Belə ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 20 kv.m sahədə alovlanıb. Həmçinin yüksək temperaturdan mətbəx mebeli 2 p.m qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib. Alov söndürülüb.